Türkiyənin "Qalatasaray" klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, əsas komandanın üç futbolçusunda koronavirus aşkarlandığı bildirilib. Virusa yoluxan futbolçuların adları açıqlanmayıb və onlar karantinə alınıblar.
 
"Qalatasaray" Türkiyə Super Liqasında 3-cü sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest