Pol Poqba "Mançester Yunayted"dən ayrı düşüb. Matç.az saytının məlumatına görə, fransalı futbolçu "qırmızı şeytanlar"ın Dubay toplanışına qatıla bilməyib.

Buna səbəb yarımmüdafiəçinin yanvarın ikisində "Nyukasl"la oyunda aldığı zədəni hələ tam sağalda bilməməsidir.

Dekabrın 13-də Londonda "Tottenhem"lə qarşılşacaq "MY" oyunun hazıqlıqlarını BƏƏ-də keçirməyə qərar verib.

Qeyd edək ki, Pol Poqba azarkeşlər tərəfindən dekabr ayı üçün ən yaxşı oyunçu seçilmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest