Hazırda "Leypsiq"ə rəhbərlik edən 34 yaşlı mütəxəssis bu mövsümün sonunda sözügedən klubdan ayrılacaq. Naqelsmanın "Bavariya" ilə müqaviləsi isə 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Almaniyanın "Bavariya" komandasını növbəti mövsümdən Yulian Naqelsman çalışdıracaq.
 
Matc.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
 
Hazırda "Leypsiq"ə rəhbərlik edən 34 yaşlı mütəxəssis bu mövsümün sonunda sözügedən klubdan ayrılacaq. Naqelsmanın "Bavariya" ilə müqaviləsi isə 2026-cı ilin yayına qədər nəzərdə tutulub. 
 
Naqelsman 2019-cu ilin yayından "Leypsiq"i çalışdırırdı. O, 2016-2019-cu illər aralığında da "Hoffenhaym"a rəhbərlik edib.
 
Qeyd edək ki, hazırda "Bavariya"nı Hansi Flik çalışdırır. Münhen klubuna ötən mövsüm bir neçə titul qazandıran bu məşqçi ilə müqavilənin müddəti 2023-cü ilin yayında başa çatacaqdı. Flikin də Münhen təmsilçisindən ayrılandan sonra Almaniya yığmasının sükanı arxasına keçməsi gözlənilir. Millinin baş məşqçisi Yoahim Löv bu yay baş tutacaq Aç-2020-dən sonra postundan gedəcəyini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest