Azərbaycanda ilkə imza atan FAW markası əməkdaşlıq müqaviləsinə əsasən "Qarabağ" FK-nın tərəfdaşı olacaq.
 
Matc.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, 2 ay öncə "Qarabağ" FK ilə FAW Azərbaycan arasında bağlanmış protokol bu gün qüvvəyə minib.
 
"Qarabağ"ın direktoru Emrah çelikel bu əməkdaşlıqdan məmnun olduqlarını deyib. O, FAW brendi ilə daha uzun müddətli işləmək və yeniliklərə imza atmağın klub üçün də xoş olacağını söyləyib.
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov FAW avtomobillərini çox bəyəndiyini bildirib. Təcrübəli çalışdırıcı uzun müddətli əməkdaşlığa inandığını da dilə gətirb.
 
FAW avtomobillərinin rəsmi distribütoru "Cahan Motors" şirkətidir. Avtomobil şirkətinin direktoru Adil Axundovun dediyinə əsasən, əməkdaşlıq uzun müddətli olacaq və yeniliklərə imza atacaqlar. O, "Qarabağ"a hər mövsüm çempionlar Liqasında oynamağı arzulayıb.
 
Qeyd edək ki, avto-salonda FAW-ın "Bestune" və "HongQi" modelləri də mövcuddur. Avtomobillərə 5 il və ya 150 000 km-ə qədər zəmanət verilir. FAW brendi ən qısa zamanda müştərilərin rəğbətini qazanıb. FAW avtomobil sevənləri yeni modelləri ilə sevindirməyə davam edəcək.
 
 

May be an image of one or more people, people standing, car and outdoors

May be an image of one or more people, people standing and outdoors

May be an image of one or more people and people standing

May be an image of one or more people, people standing, people sitting and indoor

May be an image of one or more people, people standing, people sitting and indoor

May be an image of one or more people, people standing and indoor

May be an image of 1 person and standing

May be an image of 2 people, people standing, suit and outdoors

May be an image of one or more people and people standing

May be an image of 2 people, people standing and suit

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest