Almaniyanın "Union Berlin" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Berlin təmsilçisi "Auqsburq"dan Rani Xedira ilə razılaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi ilə razılaşmanın detalları açıqlanmayıb. Xedira yeni mövsümdən "Union Berlin"in uğurları üçün çalışacaq.
 
Rani Xedira Almaniya milli komandasının sabiq futbolçusu Sami Xediranın qardaşıdır. Sami hazırda Bundesliqanın digər təmsilçisi "Herta"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest