"Neftçi"nin yaponiyalı ulduz futbolçusu Keysuke Honda paytaxt klubundan ayrılmağa hazırlaşır. Matc.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi karyerasını Malayziyada davam etdirə bilər.
 
O, bu ölkənin "Selanqor" komandasından çox sərfəli təklif alıb. Klub Malayziya Super Liqasında çıxış edir və cari mövsümdə 10 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.
 
Honda özü də "Selanqor"dan təklif aldığını təsdiqləyib. Lakin onun yekun qərarının necə olacağı hələ bilinmir.
 
Yaponiya yığmasının sabiq üzvü "Neftçi" ilə martın 15-də bu mövsümün sonunadək müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest