Fransanın PSJ klubu "Barselona"nın futbolçusu Lionel Messini heyətinə qatmaq niyyətindədir.
 
Matc.az xəbər verir ki, Paris təmsilçisi argentinalı hücumçuya 2+1 şərti ilə müqavilə təklif edib.
 
Bu barədə "TNT Sports" telekanalının jurnalisti Marsel Bexler məlumat yayıb. O, PSJ-nin Messiyə etdiyi təklifin maddi baxımdan çox sərfəli olduğunu bildirib. 
 
Messinin "Barselona" ilə müqaviləsi mövsümün sonuna qədərdir. 34 yaşlı futbolçu ilə "Mançester Siti" klubu da yaxından maraqlanır. O, bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 42 oyunda 33 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest