Futbol üzrə Gürcüstan çempionatında 11-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi "Telavi" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Tiflis "Lokomotiv"i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
 
Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu 90-cı dəqiqədə meydana buraxılıb.
 
Qeyd edək ki, "Telavi" cari mövsümdə keçirdiyi 11 oyunda cəmi 7 xal toplayıb və 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest