Futbol üzrə Gürcüstan çempionatında 11-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi "Samtrediya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Dila Qori" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 69-cu dəqiqədə meydana buraxılıb.
 
"Samtrediya" 11 oyuna topladığı 8 xalla hazırda 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest