Futbol üzrə İspaniya La Liqasında 33-cü turdan təxirə salınmış bir oyun keçirilib.
 
Matc.az xəbər verir ki, Bilbao "Atletik"i doğma meydanda "Valyadolid"lə qarşılaşıb.
 
Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Bu heç-heçədən sonra "Atletik" 42 xalla 9-cu, "Valyadolid" isə 30 xalla 17-ci pillədə qərarlaşıb.
 
İspaniya La Liqası
33-cü turun oyunu
28 aprel
 
Atletik - Valyadolid 2:2
Qol: Morsilyo, 14. R.Qarsiya, 76 – Orelyaa, 70. Vayssman, 85.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest