Futbol üzrə Türkiyə Super Liqasında 38-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.
 
"Kayserispor" doğma meydanda "Dənizlispor"la qarşılaşıb. Doqquz qolun qeydə alındığı oyunda meydan sahibləri darmadağına seviniblər. "Göztəpə" – "Trabzonspor" və "Fatih Karagümrük" – "Antalyaspor" oyunlarında qalib müəyyənləşməyib.
 
"Qalatasaray" bu turda "Konyaspor"u qəbul edib. İstanbul təmsilçisi doğma meydanda minimal hesabla qalib gəlib. Lider "Beşiktaş" isə "Rizəspor" səfərindən qələbə ilə dönməyi bacarıb.
 
Türkiyə Super Liqası
38-ci tur
27 aprel
 
Hatayspor – Gənclərbirliyi 3:1
Qol: Abid, 8. Diuf, 51; 84 – Piris, 78.
 
28 aprel
 
Göztəpə – Trabzonspor 1:1
Qol: Yahoviç, 45+1 – Ekuban, 88.
 
Fatih Karagümrük – Antalyaspor 2:2
Qol: E.Albayrak, 13-öz qapısına. Borini, 24 – Fredi, 4. Amilton, 90+3.
 
Kayserispor – Dənizlispor 6:3
Qol: İ.Parlak, 18; 60. Avramovski, 26; 45+4. N.Paz, 51. M.Okutan, 90+4 – A.Sağal, 31. Mesanoviç, 81. S.Aytac, 90.
 
Qalatasaray – Konyaspor 1:0
Qol: E.Akbaba, 87.
 
Rizəspor – Beşiktaş 2:3
Qol: İ.Köybaşı, 87. Djokoviç, 89 – Nkudu, 16. G.Töre, 57. Gezzal, 75.
 
29 aprel
 
17:00 Ərzurumspor – Başakşəhər
17:00 Sivasspor – Yeni Malatyaspor
21:30 Alanyaspor – Fənərbaxça
21:30 Ankaragücü – Qaziantep

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest