Almaniyanın "Leypsiq" komandasını yeni mövsümdə kimin çalışdıracağı məlum olub.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisinin "sükan"ı Cessi Marşa tapşırılacaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Marşla müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Marş hazırda Avstriyanın "Zalsburq" komandasını çalışdırır və "Leypsiq"in "sükanı arxasına" iyulda keçəcək.
 
"Leypsiq"in baş məşqçisi hazırda Yulian Naqelsmanndır. 33 yaşlı mütəxəssis yeni mövsümdən "Bavariya"nı çalışdıracaq.
 
"Leypsiq" Bundesliqada 2-ci sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest