Bu barədə "El Mundo" nəşri məlumat yayıb. Mayın 4-də, saat 08:00-dan 21:00-a qədər seçki məntəqəsində qalmalı olan Marselo, bir gün sonra keçiriləcək "Çelsi" - "Real" matçını buraxmalı olacaq.

İspaniyanın "Real" klubunun futbolçusu Marselo İngiltərədə "çelsi"yə qarşı keçiriləcək UEFA çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununu buraxacaq.
 
Matc.az xəbər verir ki, buna səbəb braziliyalı müdafiəçinin mayın 4-də Madriddə keçiriləcək seçkilərdə nəzarətçi təyin olunmasıdır.
 
Bu barədə "El Mundo" nəşri məlumat yayıb. Mayın 4-də, saat 08:00-dan 21:00-a qədər seçki məntəqəsində qalmalı olan Marselo, bir gün sonra keçiriləcək "çelsi" - "Real" matçını buraxmalı olacaq.
 
Marselo seçkilərdə iştirak etməkdən imtina edib, "çelsi" ilə matça gedəcəyi halda, 1-3 illik həbs oluna və ya pul cəzasına məruz qala bilər. "Real" klubu Marselonun çempionlar Liqası matçında iştirak etməsi üçün çalışmalar aparır.
 
"Real" ilk oyunda "çelsi" ilə qollu bərabərə qalıb – 1:1. Komandalar arasındakı cavab matçı isə mayın 5-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest