Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yerli futbolçuların ölkə xaricində çıxış edə bilməməsindən danışıb.
 
Matc.az xəbər verir ki, italyan mütəxəssis bunları söyləyib: 
 
"Azərbaycanda, xüsusilə də mənim komandamda Avropanın əsas liqalarında öz sözlərini deyə biləcək 2-3 önəmli gənc futbolçu var. Amma problem ondadır ki, ölkə Avropa İttifaqına daxil deyil və həmin oyunçuların yerini başqaları tutur. Azərbaycan Premyer Liqasının səviyyəsi də legioner həyatı yaşamağa imkan vermir. Onların təcrübələri çatmır, çünki İtaliya, İspaniya, İngiltərə və Məsələn, İtaliyada "Atalanta"nı nümunə göstərə bilərəm. Ukraynalı Ruslan Malinovski kimi bir çox insana məlum olmayan oyunçuları komandaya cəlb edirlər. Skautlar və keyfiyyətli iş sayəsində həmin oyunçuları qətiyyətlə yetişdirməyi bacarır və beləliklə, nəticə qazanırlar".
 
De Byazi İtaliya millisinin Aç-2020-dəki şanslarını da dəyərləndirib: "ümid edirəm ki, bütün oyunçular turnirə hazır olacaqlar. Amma belə bir gənc və yüksək keyfiyyətli kollektiv Avropa çempionatında həqiqətən maraqlı şeylər edə biləcəyini göstərdi. Komanda əvvəlkitək məğlubedilməzdir və bu, hər hansı uğurda vacib rol oynaya bilər. Lakin qrupda Türkiyə millisi ilə keçirəcəyimiz ilk oyuna yaxşı başlamaq lazımdır. çünki rəqib sıradan komanda deyil".
 
Millimizin baş məşqçisi Avropanın 12 klubu tərəfindən təsis edilən Super Liqa barədə də danışıb: "Fikrimcə, belə bir ideya UEFA və FİFA-ya qarşı çevriliş cəhdi idi. Təbii ki, belə bir halın baş verməsi bizi təəssüfləndirir. Super Liqa elit futbol kimi təqdim olunsa da, onun aliliyi yalnız üzdə idi. Hesab edirəm ki, həyatda yalnız fədakarlıq və qətiyyətlə uzağa gedə bilərsiniz. Ona görə də mənim üçün idmandakı meritokratiya vacibdir".Almaniyadakı kimi rəqabətli liqada oynamırlar. Amma güclü rəqiblərlə mübarizə aparmaları inkişaflarına töhfə verə bilər. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest