İtalyan mütəxəssis Massimiliano Alleqri yenidən "Yuventus"u çalışdıra bilər.
 
Matc.az xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi hazırkı baş məşqçi Andrea Pirlonun işindən razı deyil və mövsümün sonunda onunla yolları ayıra bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
"Yuventus" rəhbərliyi Pirlonun əvəzinə bu posta Alleqrini gətirmək istəyir. 53 yaşlı mütəxəssislə yayda danışıqlar aparılacaq.
 
Alleqri 2014-2019-cu illər aralığında "Yuventus"u çalışdırıb. İtalyan mütəxəssis 2019-cu ilin yayından işsizdir.
 
"Yuventus" hazırda A Seriyasında 4-cü sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest