İngiltərənin "Lester Siti" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin futbolçusu Harvi Barns zədələnib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacaq.
 
İngiltərə yığmasının da formasını geyinən Barns zədə səbəbindən Aç-2020-də iştirak edə bilməyəcək.
 
Barns bu mövsüm "Lester Siti" ilə 35 oyunda 13 qol vurub.
 
Aç-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. İngiltərə yığması turnirin qrup mərhələsində Xorvatiya, çexiya və Şotlandiya ilə qarşılaşacaq.
 
Aç-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest