"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyununu şərh edib.

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyununu şərh edib. 
 
Matc.az xəbər verir ki, o, matçdan (0:0, penaltilər 5:4) sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- önəmli oyun idi. Finala çıxmaq uğrunda mübarizə gedirdi. Həqiqətən, sevincliyik. Bizim üçün asan olmadı. "Sumqayıt"la ikinci dəfədir ki, finala çıxırıq. ötən oyunda əsas heyətin yeddi üzvünə istirahət vermişdim. İki cəbhədə oynamaq asan deyil. Rəqibin də imkanları oldu, bizim də. Komandamı, hər kəsi təbrik edirəm. çempionat hələ davam edir. çalışacağıq ki, uğurlu sonluq olsun. Düşünürəm ki, buna layiqik.
 
- Penaltilər seriyasında sanki çox sakit idiz və oyundan sonra da belə olduz. Nə əcəb qələbəyə belə sakit reaksiya verdiz?
- Bəlkə də, oyunun stresi ilə bağlı idi. Başqa bir şey yoxdur.
 
- Aydın Bayramovun əsas heyətə layiq olduğunu düşünmürsüz?
- Aydın ən çox oyun keçirən qapıçılardandır. Bu mövsüm 14 oyunu var. Biz hər iki qapıçıya inanırıq. Aydına şans verəcəyimi demişdim.
 
- Elvin Məmmədov penaltini yerinə yetirə bilməyəndə hansı hisslər keçirdiz?
- Penaltilər zamanı həssaslıq olur. Bu gün ondan başqa da kimsə qaçıra bilər, məğlub ola bilərdik. Ancaq Aydın özünü yaxşı göstərdi. O, məşqdə də hər zaman penaltilərə daha çox çalışır, qurtarışları çox olur.
 
- Son penaltidə Aydına hansı cinaha tullanması ilə bağlı nəsə dediz? 
- Qapıçılar üzrə məşqçi öz tapşırıqlarını verdi. Məncə, həmin anda qapıçıya nəsə demək onun fikrini dəyişə bilər. Burada əsas olan qapıçının diqqətidir.
 
- Əli Qurbaninin durumu nə yerdədir?
- Top ona gələndə ayağında ağrı başladı. ümid edirik ki, finalda oynaya bilər.
 
- İlk dəqiqələrdən oyunu penaltilər seriyasına aparmağı düşünürdüz?
- Planımız uduzmamaq idi. Bir qol bizi finala apara bilərdi. Bəzi epizodlara girə bildik. Sonluğu gətirə bilmədik. Oyunun sonlarında rəqibin şansları var idi. Futbolçularım yorulmuşu.
 
- Bu il kuboku qazana biləcəksiz? 
- Bu il artıq təcrübəmiz var. ümid edirəm ki, kuboku qazana bilərik. Hansı rəqibi istədiyimizlə bağlı nəsə demək istəmirəm. Kim layiqdirsə, o gəlsin.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest