Həmçinin, Sənan Qurbanov ardıcıl iki finala fərqli komandalarla yüksələn ilk mütəxəssisdir. Ona qədər bir neçə məşqçi 2, hətta 3 dəfə ardıcıl final həyəcanı yaşasa da, buna eyni komanda ilə nail olub.

Futbol üzrə Azərbaycan kuboku tarixində ilk dəfə ardıcıl ikinci finalda eyni baş məşqçilər iştirak edəcək.
 
Matc.az xəbər verir ki, Ayxan Abbasov 2018/19 mövsümündə olduğu kimi yenə "Sumqayıt"ın "sükanı arxası"nda həlledici qarşılaşmaya vəsiqə qazanıb.
 
"Keşlə"yə rəhbərlik edən Sənan Qurbanov isə 2 il öncə "Qəbələ"nin baş məşqçisi kimi buna nail olub. ötən mövsüm yarımçıq dayandırıldığından baş tutan son finalın iştirakçıları 2 ildən sonra yenidən üz-üzə gələcək. ölkə kubokunun 29 illik tarixində bunadək belə hadisə qeydə alınmayıb.
 
Həmçinin, Sənan Qurbanov ardıcıl iki finala fərqli komandalarla yüksələn ilk mütəxəssisdir. Ona qədər bir neçə məşqçi 2, hətta 3 dəfə ardıcıl final həyəcanı yaşasa da, buna eyni komanda ilə nail olub.
 
Qeyd edək ki, baş tutan son finalda "Qəbələ" "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest