Türkiyənin "Qalatasaray" klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Virusa yoluxan futbolçunun adı açıqlanmayıb. Onun karantinə alındığı bildirilib.
 
"Qalatasaray"da bundan əvvəl üç futbolçuda koronavirus aşkarlandığı açıqlanmışdı.
 
Qeyd edək ki, İstanbul təmsilçisi hazırda Super Liqada 3-cü sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest