Hakim həm "Sabah", həm də "Neftçi"nin əleyhinə qərarlar vermişdi. Vüqar Həsənlinin bir vaxtlar oyun alqı-satqısına görə dağılan "Şərurspor" klubunun futbolçusu olması da xüsusi qabardılır. Bütün bunları nəzərə alan AFFA da bu məsələyə reaksiyasız qalmadı.

Futbol üzrə Azərbaycan Premyer Liqasının 24-cü turunda keçirilən "Sabah" - "Neftçi" görüşü daha çox hakim səhvləri ilə yadda qaldı. Matc.az xəbər verir ki, həmin oyuna baş hakim təyin edilən Vüqar Həsənli mübahisəli və şübhəli qərarları ilə diqqət mərkəzinə düşdü.

Maraqlıdı ki, bu oyundan sonra hər iki komanda Həsənlidən narazılığını dilə gətirdi. çünki hakim həm "Sabah", həm də "Neftçi"nin əleyhinə qərarlar vermişdi. Vüqar Həsənlinin bir vaxtlar oyun alqı-satqısına görə dağılan "Şərurspor" klubunun futbolçusu olması da xüsusi qabardılır. Bütün bunları nəzərə alan AFFA da bu məsələyə reaksiyasız qalmadı. Qurumun yaydığı məlumatda bu oyunla bağlı xüsusi araşdırma aparıldığı diqqətə çatdırıldı.

Əldə etdiyimiz məlumata görə, Vüqar Həsənli Masazırdakı idarəçiliyinə görə Hakimlər Komitəsi tərəfindən cəzalandırılıb. Onun mövsümün qalan oyunlarına təyinat almayacağı dəqiqdi.

Xatırladaq ki, "Sabah" – "Neftçi" matçının 35-ci dəqiqəsində referi "Sabah"ın qapısına penalti təyin etsə də, epizodun təkrarında qayda pozuntusunun cərimə meydançasının çölündə olması üzə çıxmışdı. 58-ci dəqiqədə cərimə meydançasının içində adi mübarizə zamanı "Sabah"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilmişdi. "Sabah"ın qapısına təyin edilən ikinci penalti ilə yanaşı, hakim meydan sahiblərinin futbolçusu Bəhlul Mustafazadəyə ikinci sarı vərəqə göstərərək meydandan qovur. Halbuki, həmin epizodda vərəqə göstərməmək də olardı. 85-ci dəqiqədə isə "Neftçi" Keysuke Honda ilə hesabda önə keçsə də, hakim qolu qeydə almır.

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest