İspaniyanın "Real" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Dani Karvahal sıradan çıxıb. Bu barədə "Marca" nəşri məlumat yayıb.
 
çempionlar Liqasının yarımfinal mərhələsinin "çelsi" ilə ilk matçında (1:1) zədələnən Karvahal mövsümün qalan hissəsini buraxmalı olacaq.
 
29 yaşlı futbolçu bu mövsüm La Liqada 13 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest