Futbol üzrə Azərbaycan milli komandasının və "Qarabağ"ın hücumçusu Mahir Emreli Polşanın daha bir klubunun diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, "Visla" klubu 24 yaşlı hücumçu ilə maraqlanır.
 
Bu barədə Polşa mətbuatı məlumat yayıb. Xəbərdə, Krakov təmsilçisinin Emrelini azad agent kimi heyətinə qatmaq istədiyi bildirilib.
 
Nəşrin məlumatında Mahirə İtaliya, Belçika, Xorvatiya, Macarıstan klublarından da təkliflərin olduğu bildirilib. Karyerasını Avropada davam etdirmək istəyən hücumçunun "Qarabağ"la müqaviləsini yeniləməyəcəyi də qeyd olunub.
 
Bundan əvvəl Polşanın "Zaqlembe" və "Rakuv" klublarının da Mahirlə maraqlandığı barədə xəbərlər yayılmışdı.
 
Mahir Emreli bu mövsüm "Qarabağ"la Azərbaycan Premyer Liqasında 17 qol vurub. Onun klubla müqaviləsi yaya qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest