"Elvin Məmmədov şansını boşa verəndə, öncə ona dəstək olmağı düşündüm. Bununla belə, qapıçımız Aydın Bayramovun ən azından rəqibin bir zərbəsini qaytaracağına ümid edirdim. Çünki, Aydın demək olar bütün məşqlərdə bir neçə penalti dəf edir"

"Təbii ki, "Qarabağ" mübarizədən kənarlaşdırmaq uğurdu. Nəzərə alsaq ki, dəfələrlə ölkə çempionu olan bir komandanı 2 oyunun nəticəsinə görə keçmək, heç də asan iş deyil. Şükürlər olsun ki, biz bunu bacardıq". Bu sözləri matc.az saytına "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib.

"Gənclik şəhəri" təmsilçisi ölkə kubokunun yarımfinalında "Qarabağ" səddini keçərək, həlledici görüşdə oynamaq hüququ qazanıb. Bununla bağlı danışan Hüseynov bildirib ki, finalda da qələbə üçün oynayacaqlar: "Qarabağ"la matç penalti seriyasına qədər uzandı. Elvin Məmmədov şansını boşa verəndə, öncə ona dəstək olmağı düşündüm. Bununla belə, qapıçımız Aydın Bayramovun ən azından rəqibin bir zərbəsini qaytaracağına ümid edirdim. çünki, Aydın demək olar bütün məşqlərdə bir neçə penalti dəf edir".  

Müdafiəçi digər cütlükdə keçirilən "Zirə" – "Keşlə" qarşılaşmasında meydan sahiblərinin mərhələ keçəcəyini gözləyirmiş: "Açığı, Zirə təmsilçisinin finala çıxacağını düşünürdüm. çünki ilk oyunda səfər qələbəsi qazanmışdı. Belə deyək, "Zirə"nin öz meydanında finalı əldən verməsi sürpriz oldu".

"Sumqayıt" ardıcıl ikinci dəfə Azərbaycan kubokunun finalında oynayacaq. Kapitanın fikrincə, bu uğurda hamının əməyi var: "İkinci dəfə finala yüksəldik. Həqiqətən də bizim üçün böyük nəticədi. Bu, komandanın bir olmasından, birləşməsindən irəli gəlir. Meydana çıxan, ehtiyatda qalan – hər kəsin eyni məqsəd üçün çalışmasının bəhrəsidi.  Uğurun memarı bir nəfər yox, bütün "Sumqayıt" ailəsidi. Finala gəlincə, indidən bu haqda düşünmək tezdi. Qarşıda final qədər əhəmiyyətli çempionat oyunları var. Var gücümüzlə bu qarşılaşmalara hazırlaşmalıyıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest