İspaniyanın "Barselona" klubu müdafiəçisi Oskar Minqesa ilə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
21 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Klub ispan futbolçuya yeni qiymət də qoyub. Müqaviləsinin müddəti bitənə qədər onu heyətinə qatmaq istəyən klub "Barselona"ya 100 milyon avro ödəməlidir.
 
Qeyd edək ki, "Barselona"nın öz yetirməsi olan Oskar Minqesa 2020-ci ildən əsas komandada çıxış edir. Bu, cari mövsümün əvvəlindən komandanın əsas müdafiəçilərinin zədə səbəbindən sıradan çıxması nəticəsində mümkün olub. Minqesa da bu şansdan yararlanaraq əsas heyət üzvünə çevrilə bilib. Bu mövsüm o, bütün turnirlər çərçivəsidə 34 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest