Ukrayna Premyer Liqasında mövsümün başa çatmasına 3 tur qalıb. Nuriyev bu mövsüm meydana çıxdığı 22 oyuna 10 qola imza atıb. "Minay" isə keçirdiyi 23 oyunda cəmi 18 xal toplayıb və 14 kollektiv arasında sonuncudur.

Futbol üzrə Azərbaycan millisinin və Ukraynanın "Minay" klubunun hücumçusu Anatoli Nuriyev zədələnib.
 
Matc.az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçu yerli mətbuata açıqlamasında məlumat verib.
 
O, zədəsinin ciddi olduğunu və cari mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyini bildirib.
 
Qeyd edək ki, Ukrayna Premyer Liqasında mövsümün başa çatmasına 3 tur qalıb. Nuriyev bu mövsüm meydana çıxdığı 22 oyuna 10 qola imza atıb. "Minay" isə keçirdiyi 23 oyunda cəmi 18 xal toplayıb və 14 kollektiv arasında sonuncudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest