Niderlandın "Ayaks" klubu baş məşqçi Erik ten Haqla müqaviləni yeniləyib.
 
Matc.az xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ten Haqla müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
 
Daha əvvəl İngiltərənin "Tottenhem" klubunun Erik ten Haqla maraqlandığı bildirilirdi.
 
"Ayaks" Niderland Erediviziyasında 1-ci sıradadır. Komanda sona 4 tur qalmış ən yaxın izləyicisi PSV-ni 8 xal qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest