"Baş məşqçimiz Səmədovla danışıb. Onlar birlikdə çalışmağa qərar veriblər"

Millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" heyətini gücləndirib. Matç.az xəbər verir ki, Samara klubu əslən azərbaycanlı Aleksandr Səmədovla anlaşıb.

"Krılya Sovetov"un direktoru Aleksandr Şikunov bununla bağlı açıqlamasında razılığın əldə olunduğunu vurğulayıb: "Baş məşqçimiz Səmədovla danışıb. Onlar birlikdə çalışmağa qərar veriblər. Hər iki tərəfin hədəfləri üst-üstə düşür. Səmədovu artıq "Krılya Sovetov"un oyunçusu hesab etmək olar. Yaxın günlərdə keçid rəsmən açıqlanacaq".

Qeyd edək ki, Aleksandr Səmədov Moskva "Spartak"ı ilə müqaviləsinə xitam verildiyi üçün "Krılya Sovetov"a azad agent kimi keçəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest