Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinə start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
"Verder" doğma meydanda "Leypsiq"lə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. Məhz əlavə yarım saatda rəqibini 2:1 hesabıyla məğlub etməyi bacaran "Leypsiq" finala vəsiqə qazanıb.
 
Digər yarımfinal görüşü Dortmund "Borussiya"sı ilə "Holştayn Kil" aasında baş tutacaq.
 
Almaniya kuboku
Yarımfinal
30 aprel
 
Verder – Leypsiq 1:2
Qol: Bittenkur, 105+1 – Huanq, 93. Forsberq, 120+1.
 
1 may
 
22:30. Borussiya (Dortmund) – Holştayn Kil

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest