İngiltərənin "Mançester Siti" klubu növbəti transferini rəsmiləşdirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqanın lideri Argentinanın "Estudiantes" klubunun yarımmüdafiəçisi Dario Sarmientonu transfer edib.
 
Bu barədə Argentina təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Mançester Siti" isə hələlik bu transferi açıqlamağa tələsmir.
 
İngiltərə klubu bu transfer üçün qarşı tərəfə 6 milyon avro ödəyib. "Mançester Siti" 18 yaşlı yarımmüdafiəçiyə görə göstəriləcək performansdan asılı olaraq, daha 12 milyon avro ödəyə bilər.
 
Qeyd edək ki, Sarmiento iyulun 1-dən "Mançester Siti"yə qoşulacaq. "Estudiantes"in öz yetirməsi olan Dario, son illərdə klubun əsas komandasında oynayır. O, həm də Argentinanın U-20 yığmasının üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest