Qurban Qurbanovun gedişindən sonra Azərbaycan millisində boş qalmış baş məşqçi postuna axtarışlar davam edir. Matç.az-ın Ukraynanın ua-football.com saytına istinadən məlumatına görə, yığmamızı çalışdırmağa daha bir namizəd müəyyənləşib.

Həmkarlarımızın iddiasına görə, bu, serbiyalı Slavolyub Muslindi. 65 yaşlı mütəxəssis hazırda Səudiyyə Ərəbistanının "Əl-Feyxa" klubunu çalışdırır. Ancaq onun iş yerini dəyişərək Azərbaycan yığmasının "sükanı arxası"na keçmək ehtimalının olduğu vurğulanıb.

1989-cu ildən məşqçiliklə məşğul olan Slavolyub Muslin müxtəlif ölkələrdə "Bordo", "Lans", "Srvena Zvezda", "Levski", "Metallurq" (Donetsk), "Lokomotiv" (Moskva), "Lokeren", "Dinamo" (Minsk), "Anortosis", "Standard" kimi klubları çalışdırıb.

2016-2017-ci illərdə o, Serbiya yığmasına rəhbərlik edib. Muslin həmin vaxt ölkəsinin komandasını Dç-2018-in final mərhələsinə daşısa da, vəzifəsindən qovulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest