02 May 2021, 01:36
DİGƏR
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun "New In Chess" adlı 5-ci mərhələsində həlledici raundun ilk görüşləri baş tutub.
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə çempionlar Turunun "New In Chess" adlı 5-ci mərhələsində həlledici raundun ilk görüşləri baş tutub.
Matc.az xəbər verir ki, yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) qarşılaşıb.
Şahmatçımız ilk oyun günündə bu rəqibi ilə heç-heçə razılaşıb - 2:2. Qalib mayın 2-də keçiriləcək ikinci final gününün yekununda müəyyənləşəcək. Qarşılaşmaların ardından qalib bilinməsə, tay-brek oynanılacaq.
çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gəlib. 4 görüşün yekununda dünya çempionu qalib gəlib - 3:1.
New In Chess
Final
1 may
Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 3:1 (0,5:0,5; 0,5:0,5; 1:0; 1:0)
3-cü yer uğrunda görüş
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 2:2 (0:1; 1:0; 0:1; 1:0)