Türkiyənin "Gənclərbirliyi" klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Virusa yoluxan futbolçunun adı açıqlanmayıb və o, karantinə alınıb.
 
"Gənclərbirliyi" Super Liqanın 39-cu turu çərçivəsində bu gün "Qalatasaray"ı qəbul edəcək. Oyun saat 21:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest