Futbol üzrə Türkiyə Super Liqasını tərk edəcək ilk klub bəlli olub.
 
Matc.az xəbər verir ki, 39-cu turda doğma meydanda "Rizəspor"a 0:1 hesabıyla uduzan "Dənizlispor" elita ilə vidalaşıb.
 
Turnir cədvəlinin sonuncu – 21-ci sırasında yer alan "Dənizlispor"un hazırda 28 xalı var. Bu üzdən də sözügedən komandanın sona 3 tur qalmış elitanı tərk edəcəyi rəsmiləşib.
 
Qeyd edək ki, Türkiyə Super Liqasında hazırda elitanı tərk etməyə digər əsas namizədlər "Gənclərbirliyi" (35 xal), "Ərzurumspor" (37 xal) və "Kasımpaşa"dır (37 xal). 16-17-ci sıralarda qərarlaşan "Ankaragücü" ilə "Kayserispor"un 38 xalı var. 14-cü və 5-ci pillələri bölüşən "Yeni Malatyaspor"la son çempion "Başakşəhər" isə 40 xala malikdir.
 
Bu mövsüm reqlamentə əsasən, dörd klub Super Liqanı tərk etməlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest