"Zirə"dən Anar Nəzirovu transfer edən "Qəbələ" qapıçısı Aqil Məmmədovla yollarını rəsmən ayırıb. Matç.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Məmmədovun yeni komandası da bəllidi. Onun bu gün "Neftçi" ilə müqavilə bağlaması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest