Futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turundan təxirə salınmış "Mançester Yunayted" – "Liverpul" matçının keçirilmə vaxtı açıqlanıb.
 
Matc.az turnirin saytına istinadən xəbər verir ki, qarşılaşma mayın 13-də keçiriləcək və saat 23:15-də start götürəcək.
 
Mayın 2-də keçirilməli olan "Mançester Yunayted" – "Liverpul" matçından əvvəl "Mançester Yunayted" fanatları rəhbərliyə etiraz əlaməti kimi şəhərdə etiraz aksiyaları keçiriblər. Onların aksiyası "Old Trafford" stadionunun önündə başlasa da, sonradan fanatların bir hissəsi arenanın içərisinə soxulub. Bu səbəbdən qarşılaşma təxirə salınmışdı.
 
"Mançester Yunayted" Premyer Liqada 2-ci, "Liverpul" isə 7-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest