21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Ukrayna Futbol Federasiyasının dəvəti ilə mayın 25-dən 29-dək Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Millimiz ilk oyunda mayın 26-da Ukrayna yığması ilə qarşılaşacaq. U-21 ilk oyunun nəticəsindən asılı olaraq, mayın 28-də Tunis və ya özbəkistan yığmalarından biri ilə üz-üzə gələcək.
 
Millimiz turnirə hazırlıq məqsədi ilə mayın 19-dan 24-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Toplanış və turnir üçün heyətə dəvət olunacaq futbolçuların siyahısı saytımızda yerləşdiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest