Almaniyanın "Leypsiq" klubu futbolçusu Peter Qulaçinin müqaviləsini yeniləyib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
30 yaşlı qapıçı ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. 
 
2015-ci ildən "Leypsiq"də çıxış edən Qulaçi ilə "Tottenhem" klubu yaxından maraqlanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest