Turun mərkəzi görüşündə Çempionlar Liqasının finalçıları - "Mançester Siti" ilə "Çelsi" komandaları "Etihad" stadionunda üz-üz gəliblər. Üç qolun qeydə alındığı bu oyunda "Çelsi" əzmkar qələbəyə sevinib.

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.
 
"Tottenhem" "Lids" səfərinə yollanıb və turu məğlubiyyətlə başa vurub. 
 
Elita ilə vidalaşan "Şeffild Yunayted" də "Kristal Pelas"la ev oyunundan məğlub ayrılıb.
 
"Liverpul" isə "Sauthempton"la ev oyununda inamlı qələbəyə sevinib.
 
Turun mərkəzi görüşündə çempionlar Liqasının finalçıları - "Mançester Siti" ilə "çelsi" komandaları "Etihad" stadionunda üz-üz gəliblər. üç qolun qeydə alındığı bu oyunda "çelsi" əzmkar qələbəyə sevinib.
 
İngiltərə Premyer Liqası
35-ci tur
7 may
 
Lester Siti – Nyukasl 2:4
Qol: Olbrayton, 80. İheanaço, 87 – Uillok, 22. Dammet, 34. Uilson, 65; 74.
 
8 may
 
Lids – Tottenhem 3:1
Qol: Dallas, 13. Bamford, 42. Rodriqo, 84 – Son, 25.
 
Şeffild Yunayted – Kristal Pelas 0:2
Qol: Benteke, 2. Eze, 88.
 
Mançester Siti – çelsi 1:2
Qol: Sterlinq, 44 – Ziyeş, 63. Alonso, 90+2.
 
Liverpul – Sauthempton 2:0
Qol: Mane, 31. Alkantara, 90.
 
9 may
 
15:00 Vulverhempton – Brayton
17:05 Aston Villa – Mançester Yunayted
19:30 Vest Hem – Everton
22:00 Arsenal – Vest Bromviç
 
10 may
 
23:00 Fulhem – Bernli
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest