Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turunun "Neftçi" ilə ev oyununda zədələnən "Səbail"in hücumçusu Rauf Əliyevin durumuna aydınlıq gəlib.

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turunun "Neftçi" ilə ev oyununda zədələnən "Səbail"in hücumçusu Rauf Əliyevin durumuna aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, qonaq komandanın yarımmüdafiəçisi Mamadu Kane ilə toqquşmadan sonra başı yarılan 32 yaşlı futbolçu dərhal xəstəxanaya aparılıb.
 
Klubdan verilən məlumata görə, təcrübəli oyunçunun başına 3 tikiş qoyulub. Onun "Zirə"yə qarşı XXVII tur matçında oynayıb-oynamayacağı bəlli deyil. (Report)
 
Qeyd edək ki, "Səbail"in 0:4 hesabı ilə uduzduğu görüşdə fasilədən sonra meydana daxil olan Rauf Əliyev 70-ci dəqiqədə Ruslan Hacıyevlə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest