"Yuventus"un futbolçusu Voyçex Şesnı karyerasını Almaniyada davam etdirə bilər.
 
Matc.az xəbər verir ki, 31 yaşlı qapıçı ilə Dortmund "Borussiya"sı yaxından maraqlanır.
 
Bundesliqa klubunun nümayəndələri mövsümün sonunda Şesnı və "Yuventus"la danışıqlara başlayacaq.
 
"Yuventus" "Milan"ın qapıçısı Canluici Donnarummanı transfer etmək niyyətindədir. Turin təmsilçisi bu səbəbdən polşalı qapıçısını satmağa hazırdır.
 
"Yuventus"la müqaviləsi 2024-cü ilin yayına qədər olan Şesnı bu mövsüm A Seriyasında 27 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest