Futbol üzrə İran çempionatında 22-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.
 
"Maşinsazi" doğma meydanda "Saypa" ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib - 2:2.
 
"Traktorçular" isə səfərdə "Paykan"la üz-üzə gəlib. Təbriz təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Hazırda 28 xalı olan "Traktor" 16 kollektiv arasında 7-ci, 11 xala malik "Maşinsazi" isə sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest