Futbol üzrə İspaniya La Liqasında 35-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub. 
 
"Xetafe" evdə "Eybar"a, "Vilyarreal" isə "Selta"ya uduzub. "Valensiya" "Valyadolid"lə ev oyununda darmadağına sevinib.
 
Turun daha bir prinsipial qarşılaşması Madriddə yerli "Real"la "Sevilya" arasında baş tutub. Dörd qolun qeydə alındığı bu vacib görüşdə də qalib müəyyənləşməyib.
 
İspaniya La Liqası
25-ci tur
7 may
 
Real Sosyedad – Elçe 2:0
Qol: Elustondo, 72. Oyarzabal, 90+2.
 
8 may
 
Alaves – Levante 2:2
Qol: Pons, 30. Xoselu, 87 – Morales, 36; 42.
 
Barselona – Atletiko 0:0
 
Kadis – Hueska 2:1
Qol: M.Mauro, 43. Silva, 45+2-öz qapısına – Mir, 45+1.
 
Atletik – Osasuna 2:2
Qol: Morsilyo, 1. Sanset, 62 – Braşanaç, 12. Budimir, 89.
 
9 may
 
Xetafe – Eybar 0:1
Qol: Resio, 89-pen.
 
Valensiya – Valyadolid 3:0
Qol: M.Qomes, 45+1; 48. Korreya, 89.
 
Vilyarreal – Selta 2:4
Qol: M.Qomes, 25. Moreno, 87 – Mina, 19; 34. B.Mendes, 45+3. Solari, 57.
 
Real – Sevilya 2:2
Qol: Asensio, 67. Hazard, 90+4 – Fernando, 22. Rakitiç, 78.
 
10 may
 
23:00 Betis – Qranada

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest