Azərbaycanın şose velosipedi üzrə elit yığmasnın üzvü Samir Cəbrayılov Açıq Ukrayna Kuboku yarışının 3-cü mərhələsinin qalibi olub.
 
Matc.az xəbər verir ki, idmançı 4 günlük yarışın yekununa əsasən, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pillsinə qalxıb.
 
136 km-dən ibarət ilk yarış günündə finiş xəttini 8-ci keçən Cəbrayılov növbəti gün 141 km məsafəni hamıdan tez qət edib (3 saat, 31 dəqiqə, 42 saniyə) və mərhələ qalibi olub.
 
112 km-lik 3-cü və 20 km-lik 4-cü mərhələlərdə (fərdi ötüşmə) müvafiq olaraq 5-ci və 4-cü nəticə göstərən velosipedçi bununla da ümimi təsnifatda bütün rəqibləri üçün əlçatmaz olmaqla 1-ci yerə layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest