Futbol üzrə Fransa kubokunda finalçılar məlum olub. Matc.az xəbər verir ki, ilk yarımfinal görüşündə PSJ "Monpelye" ilə qarşılaşıb.
 
Əsas vaxtı 2:2 hesabıyla bitən qarşılaşmanın penaltilər seriyasında parislilər daha dəqiq olub – 6:5.
 
PSJ-nin finaldakı rəqibi GFA74 – "Monako" matçında müəyyənləşib. Rəqibini 5:1 hesabıyla məğlub edən "Monako" finala yüksəlib. 
 
Beləliklə, Fransa kubokunun finalında PSJ ilə "Monako" üz-üzə gələcək. Həlledici oyun mayın 19-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest