İtaliyanın "Bolonya" klubunun gənc futbolçusu Uizdom Ami A Seriyasının tarixinə düşüb.
 
Matc.az xəbər verir ki, çempionatın 36-cı turunda "Cenoa" ilə görüşdə (0:2) meydana çıxan 15 yaşlı müdafiəçi A Seriyasında debüt edən ən gənc futbolçuya çevrilib.
 
Ami bunu 15 yaş 9 aylığında bacarıb. 89-cu dəqiqədə meydana buraxılan futbolçu az da ols, elitada mübarizə aparmaq şansı qazanıb.
 
Bundan əvvəlki rekord isə Amedeo Amedey və Petro Pelleqriyə məxsus idi. Bu futbolçular 15 yaş 280 günlük olarkən ilk oyunlarına çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest