ABŞ-ın MLS liqasında ən çox məvacib alan futbolçuların adları açıqlanıb.
 
Matc.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində "Los Anceles"in hücumçusu Karlos Vela yer alıb. Meksikalı hücumçu illik 6,3 milyon dollar qazanır.
 
Siyahının 2-ci pilləsində "Los Anceles Qalaksi"nin futbolçusu Xavyer Hernandes yer alıb. "çiçarito" ləqəbli hücumçunun illik qazancı 6 milyon dollardır. ötən ilin sentyabrında "Yuventus"dan "İnter Mayami"yə keçən Qonsalo İquaynın illik maaşı isə 5,79 milyon dollardır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest