"Real"ın yarımmüdafiəçisi Toni Kroos sıradan çıxıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Almaniya millisinin üzvü La Liqanın XVIII turunda "Real Sosyedad"la qarşılaşmada zədələnib.

Görüşün sonlarında xəsarət alan 29 yaşlı orta sahə oyunçusu əvəzlənmək məcburiyyətində qalıb. Tibbi müayinə zamanı Kroosun sol ayaq əzələsində yırtıq aşkarlanıb. Həkimlər onun ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.

Qeyd edək ki, oyun "Real Sosyedad"ın 2:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest