"Səbail"in braziliyalı müdafiəçi Enrike Moura Perilyo qış fasiləsini səmərəli keçirib. Matç.az saytının Kosta-Rika mətbuatına istinadən məlumatına görə, 27 yaşlı futbolçu həyat yoldaşı Vivian Kaposla bu ölkədə istirahət edib.

Cütlük sosial şəbəkə vasitəsilə fotolar paylaşaraq, birlikdə xoşbəxt olduqlarını yazıb. Perilyo fürsətdən istifadə edərək, "Deportivo Saprissa"dakı keçmiş komanda yoldaşları ilə görüşüb.

Moura hətta karyerasını hansı ölkədə davam etdirəcəyini müəyyənləşdirmədiyini də vurğulayıb. "Sambaçı" "Səbail"dən ayrılaraq, model həyat yoldaşı ilə birlikdə onun ölkəsi Kosta-Rikada qalacağını istisna etməyib.

Qeyd edək ki, Enrike Moura Perilyonun "Səbail"lə müqavilə müddəti bu ilin yayına qədərdi. O, paytaxt klubuna cari mövsümün əvvəlində "Deportivo Saprissa"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest