Futbol üzrə çexiya 2-ci divizionunda 24-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Jihlava" ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.
 
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 60-cı dəqiqədə əvəzlənib. O, 30-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
24 turdan sonra 36 xala malik "Viktoriya" 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest