"Yuventus"un futbolçusu Kristiano Ronaldonun meneceri Jorje Mendeş müştərisinin "Sportinq"ə qayıdacağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.
 
Matc.az xəbər verir ki, "Record" nəşrinə danışan Mendeş, 35 yaşlı hücumçunun Portuqaliyaya qayıtmaq haqda hələ düşünmədiyini deyib:
 
"Sportinq"in çempionluğu Ronaldonu sevindirir. O, yetirməsi olduğu klubu hələ də dəstəkləyir və çempion olmalarına münasibət bildirir. Ancaq Ronaldonun planlarında hələ Portuqaliyaya qayıtmaq yoxdur".
 
Mövsümün sonunda "Yuventus"dan ayrılacağı gözlənilən Ronaldonun "Sportinq"ə qayıda biləcəyi iddia edilirdi. Hətta futbolçunun anası da yerli mətbuata açıqlamasında oğlunun "Sportinq"ə qayıtması üçün onunla danışacağını bəyan etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest